Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə kurs təşkil olunub


ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində şirkətin ayrı-ayrı idarə və təşkilatlarından dəvət olunmuş 20 nəfərdən ibarət qrupa “ISO/IEC 27001:2005” “informasiya təhlükəsizliyi” beynəlxalq standartı üzrə kurs təşkil olunub.

“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, 3 gün davam edən kurslarda iştirakçılara “informasiya təhlükəsizliyi” idarəetmə sisteminin əsas mahiyyəti, üstünlükləri, standartın bütün maddələri və müəssisədə bu standartın tətbiq olunması barədə məlumat verilib.

Daha sonra dinləyicilərin nəzərinə çatdırılıb ki, bu standartın tətbiqinin əsas əhəmiyyəti milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq müəssisələrdə informasiya təhlükəsizliyi risklərinin azaldılması, informasiya təhlükəsizliyi üzrə effektiv təchizatın və infrastrukturun qurulması, informasiya təhlükəsizliyi üzrə riskin düzgün qiymətləndirilməsi, həmçinin informasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə daha düzgün riayət olunması məqsədilə müəssisələrdə tətbiq olunmasıdır.

Kursda iştirak edən və imtahandan müvəffəqiyyətlə keçən dinləyicilərin hər birinə sertifikatlar təqdim olunacaq. Beynəlxalq kursu bitirən dinləyicilər artıq öz müəssisələrində “ISO/IEC 27001:2005” “informasiya təhlükəsizliyi” standartının geniş tətbiq olunmasında fəal iştirak edəcəklər.

CAHANGİR





17/11/12    Çap et