Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” birdəfəlik “HTTPS” protokoluna keçir


“Facebook” sosial şəbəkəsinin tərtibatçıları daha təhlükəsiz “HTTPS” şəbəkə protokolunu hamı üçün başlanğıc ayar kimi təyin edərək təxminən milyarda yaxın istifadəçisinin təhlükəsizliyini artırmağa hazırlaşırlar. Xatırladaq ki, “Facebook” istifadəçiləri bu imkandan ötən ilin əvvəlindən yararlana bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mütəxəssislər texnologiyanın optimallaşdırılması üçün onlara təxminən 2 il vaxt lazım olduğunu qeyd ediblər. Qeyd edək ki, “HTTPS” şəbəkə protokolu standart “HTTP” protokolundan daha ləng işləyir. Lakin həyata keçirilmiş optimallaşdırma işlərindən sonra tərtibatçılar əmin ediblər ki, “Facebook”un işləmə sürəti cüzi dəyişəcək.






 
EMİL





19/11/12    Çap et