Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Google Docs” arxivinin limitini 10 Qbayta kimi artırıb


“Google” şirkəti “Google Docs” onlayn ofis paketinin imkanlarını genişləndirib. Belə ki, istifadəçilərə məlumatların saxlanılması üçün əlavə olaraq 9 qiqabayt disk sahəsi verilib. Qeyd edək ki, bundan əvvəl “Google Docs”da fayl limiti 1 QB təşkil edirdi. Artıq bu göstərici 10 QB olub.
Lakin genişlənmə hələ ki “Google Apps” dəstinin (Google Docs da bu dəstə daxildir) yalnız pullu istifadəçilərinə aiddir. “Docs” onlayn paketinin pulsuz versiyasının istifadəçiləri əvvəlki kimi bir fayl üçün 1 QB ilə məhdudlaşdırılıblar. “Google” məhsulları üzrə menecer Skott Costonun sözlərinə görə, yeni genişlənmə ilk növbədə “Docs” xidmətindən yüksək kəskinlikli videofaylları yükləmək üçün istifadə edən pullu istifadəçilər üçün faydalıdır.
Şirkət, həmçinin məlumatların serverdə saxlanılmasının yeni qiymətləri haqqında məlumat verib. İstifadəçilər “Google” serverlərində 20 QB-dan 16 terabayta kimi məlumat saxlaya bilərlər, illik qiymət isə 5 dollardan 4096 dollara qədər təşkil edir. “Google”-dan həm də bildiriblər ki, “Docs” indi “PowerPoint” 2007 və 2010-da tətbiq edilən “pptx” formatını konversiya edə bilir və “Google Viewer” sistemi ZİP və RAR arxivləri ilə işləyə biləcək.


cybersecurity.ru




25/07/11    Çap et