Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekoloji cəhətdən təmiz İT şirkətlərinin adları açıqlanıb


Bəzi istehlak elektronikası istehsalçıları ekoloji cəhətdən təmiz məhsulların yaradılmasına ciddi yanaşırlar, digərləri isə "yaşıl" fəaliyyətlə məşğul olmağa söz verirlər. "Qrinpis" təşkilatının iştirakçıları hər ikisi haqqında illik "Ekoloji cəhətdən təmiz elektronika məlumat kitabçası"nda (Guide to Greener Electronics) bildiriblər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti bu reytinqində 4-dən 6-cı yerə yuvarlanıb. Şirkət 4,5 bal toplayıb, lakin ekoloji məsələlərdə "şəffaflıq" olmadığına görə tənqidə məruz qalıb. “Apple” şirkəti parnik qazları və zəhərli kimyəvi maddə tullamalarının azalması ilə mübarizə aparması barədə ətraflı məlumat vermir.

"Qrinpis" siyahısında “Wipro“, “HP”, “Nokia” və “Acer” şirkətləri liderlik edir. Hindistanın “Wipro” sənaye qrupu birinci dəfə bu siyahıda yer alıb, həm də onun birinci olması bir çox analitiklər üçün gözlənilməz olub.
“Samsung” şirkəti 7-ci, “Sony” 8-ci, “Lenovo” 9-cu və “RIM” şirkəti 16-cı yerdə qərarlaşıb.

 
EMİL





20/11/12    Çap et