Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüquq müdafiəçiləri avtonom döyüş robotlarından istifadəni qadağan etməyi tələb edirlər


“Human Rights Watch” (HRW) hüquq müdafiə təşkilatının aktivistləri avtonom döyüş robotlarının hazırlanmasını dayandırmağı tələb ediblər. "Maşına kimi öldürüb, kimi sağ saxlamaq hüququnu vermək olmaz" – “HRW”-dan Stiv Quz  bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təşkilatın hesabatına əsasən, hələlik tamamilə avtonom döyüş robotları mövcud deyil, lakin bir çox böyük ölkələr məhdud imkanlara malik sadə variantların hazırlanması üzərində işlər aparırlar.

“HRW”-ın məlumatına görə, 20-30 ildən sonra ABŞ, Çin, Almaniya, İsrail, Cənubi Koreya, Rusiya və Böyük Britaniyanın hərbi qüvvələri tərəfindən yaradılmış belə silahlanma tipinin birinci modellərinin yaranmasını gözləmək olar.




EMİL





21/11/12    Çap et