Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının koordinasiya şurası yaradılacaq


Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ)  sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə MTRŞ-dən məlumat verilib. Məlumatda qeyd olunur ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının fəaliyyəti, Azərbaycan Respublikasında teleradio yayımının əsasları və bu sahədə gedən sürətli inkişaf barədə qonaqlara geniş məlumat verib.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı isə Qazaxıstanda teleradio yayımının əsasları barədə geniş söz açıb. Görüşdə türk dövlətlərinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının koordinasiya şurasının yaradılması barədə razılıq əldə edilib, bu barədə TÜRKSOY-un məlumatlandırılması qərara alınıb. Eyni zamanda teleradio yayımı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

SEYMUR





21/11/12    Çap et