Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Anonymous” İsrailə kibermüharibə elan edib


“Anonymous” haker qruplaşması Qəzza sahəsində aparılan hərbi əməliyyatlara qarşı etiraz əlaməti olaraq açıq girişdə minlərlə insanın siyahısını yerləşdirib. Onların İsrailin “Unity Coalition” təşkilatına ianə verdiyi bildirilir. Adların sadalandığı sənəd “Pastebin” saytında dərc edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu siyahının kifayət qədər köhnə olduğu vurğulanıb. Məsələn, sənəddə ABŞ-ın müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə müavini Duqlas Feytin adı çəkilib. Qeyd edək ki, o, 2005-ci ildə istefaya gedib.

“Anonymous” ötən həftə İsrailə qarşı “#OpIsrael” əməliyyatına başladığını bəyan etmişdi. Noyabrın 16-dan etibarən hakerlər İsrailin 600-dən çox saytına hücum ediblər.





EMİL





21/11/12    Çap et