Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya tam rəqəmsal yayıma keçib


Bazar günü Yaponiyanın bütün ərazisi boyu, yerüstü və peyk analoq televiziya yayımı dayandırılıb. Yalnız martın 11-də təbii fəlakət nəticəsində güclü ziyan dəymiş üç şimal-şərq prefekturası istisna təşkil edir. Belə ki, Yaponiyada 60 ilə yaxındır ki mövcud olan analoq televiziya yayımı artıq tarixdə qalıb. Bu gündən etibarən Yaponiyada köhnə CRT-televizorlar (CRT - cathode-ray tube – elektron-şüa boru) heç bir proqram qəbul edə bilməyəcək. Ölkənin ən iri televiziya yayımı şirkəti NHK və digər teleşirkətlər rəqəmsal formata keçid haqqında məlumat veriblər.
Xatırladaq ki, Yaponiyada rəqəmsal televiziya yayımına keçid bundan əvvəl ABŞ və Almaniyanın müvafiq addımlarından sonra həyata keçirilib. Bu addım bir tərəfdən istehlakçıları daha keyfiyyətli yayım formatı ilə təmin etmək, digər tərəfdən isə tezlik radiodiapazonunu boşaltmaq imkanı verəcək. Yaponiyada demək olar ki, bütün televiziya kontenti istifadəçiləri rəqəmsal yayım formatını dəstəkləyən televizorlar alıb. Bundan əlavə cari ilin əvvəlindən ölkədə innovasiya formatlarını dəstəkləyən yeni televizorların tətbiqinin stimullaşdırılmasına dair hökumət proqramı reallaşdırılır.


cybersecurity.ru




25/07/11    Çap et