Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Store” mağazasında 20 mindən çox proqram mövcuddur


“Windows 8” əməliyyat sistemi (ƏS) üçün “Windows Store” proqramlar mağazasında 20 mindən çox proqram mövcuddur.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 20 min mağazadakı proqramların ümumi sayıdır. Konkret ölkədə əlçatan proqramların sayı daha az ola bilər, çünki bəzi proqramlar digər regionlarda əlçatan deyil. Məsələn, “Windows Store”-nin Amerika mağazasında təxminən 12,7 min proqram, Britaniya mağazasında isə təxminən 11 min proqram mövcuddur.

Mağazadakı 20 min proqramın 87 faizi pulsuzdur. “Windows Store” mağazasındakı ən bahalı proqramlardan biri tibbi müəssisələrin heyəti üçün nəzərdə tutulmuş “EMR Surface” hesab edilir. Onun qiyməti 499,99 ABŞ dollarına bərabərdir.

“Windows Store” oktyabrın 26-da istifadəyə verilmiş “Windows 8” ƏS-nin atributudur. Mağazada “Windows”un “canlı plitələrlə” olan yeni interfeysi üçün proqramlar kateqoriyalar üzrə yerləşdirilib.
 
EMİL





23/11/12    Çap et