Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yelkən gəmisi saatda 100 kilometr sürətlə hərəkət edib (VİDEO)


Külək turbinlərinin hazırlanması ilə məşğul olan britaniyalı mühəndisin yaratdığı yelkən gəmisi külək enerjisi hesabına suda saatda 100 kilometr sürətlə hərəkət edib. İstehsalçı bildirib ki, o bu uğura orijinal yelkən konstruksiyası sayəsində nail olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yelkənli gəmilər üzrə Ümumdünya Şurasının rəsmi sənədlərindəki məlumatlara əsasən, “Sailrocket-2” yelkən gəmisi mühərriksiz və yanacaqsız suda 54,08 dəniz mili və ya saatda 100,1 kilometr sürətlə hərəkət edib və bu göstərici “B” sinif gəmilər üçün dünya rekordu təşkil edib.

“Sailrocket-2” rekord sürətlə 500 metrdən çox üzüb.“Sailrocket” komandası bildirib ki, onlar rekord sürəti Namibiyada üzmə zamanı əldə ediblər. Qayığın konstruksiyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, küləyin sürətindən 2 dəfə daha artıq sürətlə hərəkət etməyə “qadirdir”. Belə ki, üzmə zamanı küləyin sürəti 27 mil təşkil edib və yelkən gəmisi 54 mil sürətlə hərəkət edib.
 

 
EMİL





23/11/12    Çap et