Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

675,000 nömrə oğurladı, 10 il müddətinə məhkum edildi


ABŞ-ın 25 yaşlı sakini Rohelio Hakett (675,000 kredit kartı nömrə oğurluğu, həmçinin fiziki və hüquqi şəxslərə 36 milyon dəyərində zərər vurduğu üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.
“O,uzun illər internetdən kredit kartlarının oğurluğu üçün istifadə edib və bu yolla milyonlarla dollar qazanıb. Oğurluq həm istehlakçılara, həm də biznesə külli miqdarda zərər vurur və biz bunu təqib etməyə davam edəcəyik"- baş prokurorun köməkçisi Lenni Breyer bildirib.
Rohelio Hakett 2011-ci il aprel ayının 21-də günahkar olduğunu təsdiqləyib. Kibercinayətkar 2002-ci ildən kredit kartları məlumat bazalarının oğurluğu məqsədi ilə maliyyə təşkilatlarının kompyuter sistemlərini “qırdığını” təsdiq edib. 120 aylıq həbs müddətindən savayı, məhkəmə həmçinin Hakettin 100 min dollar dəyərində cərimə ödəməli olduğuna qərar verib.


www.securitylab.ru




25/07/11    Çap et