Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC Windows phone 8x” artıq Azərbaycanın mobil telefon bazarında


İstifadəçilərin böyük səbirsizliklə gözlədikləri “HTC  Windows phone 8x” markalı mobil telefonlar Azərbaycanda satışa çıxarılıb. “Caspian Mobile” şirkətindən  “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu yeni mükəmməl texnologiyaya malik telefonları ilkin ödənişsiz ayda 59 manata olmaqla “Baku Elektronics” mağazalarından almaq olar. “Nokia Lumia 920” və “820” telefonlarına əsas rəqib olan mobil telefonlar alıcıların böyük marağına səbəb olub.

“Caspian Mobile” Azərbaycanın mobil telefon bazarına ilk dəfə olaraq “HTC Windows phone 8x” çıxarmaqla böyük dəyişikliklər  gətirdi. Böyük əminliklə demək olar ki, hər zaman oldugu kimi, bu addımla da  “HTC  Windows phone 8x” timsalında böyük uğurların davamı olacaq.

“HTC Windows phone 8x : 8 mp və f/2.0” diaqram aralıgına sahib kamerası ilə diqqət çəkir. Eyni şəkildə 1080p görüntü yaddaşı maraq kəsb edir. Həqiqətən də keyfiyyətli videolar çəkdiyini də rahatlıqla söyləmək olar. “HTC”-nin yaradıcılarının söylədiklərini nəzərə alsaq, özəlliklə tək əllə tutmaq mümkündür və istifadəsi olduqca əlverişlidir. Bu telefon bütün parametrlərinə görə istifadəçilərə zövq verə biləcək.

Əsas özəlliklərindən biri isə onun mavi, qara, sarı, qırmızı rənglərdə olmasıdır. 132x66.2x10.1 uzunlugunda, 130 qram ağırlığında ölçüyə malik olmaqla bütün rəqiblərində qısqanclıq yarada biləcək.

RƏVAN





23/11/12    Çap et