Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qeydiyyata düşən milli domenlərin sayı 5 minə yaxınlaşıb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. "İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında ilin əvvəlindən qeydiyyata düşən domenlərin sayı 5 minə yaxınlaşıb.

Domenlərin böyük əksəriyyəti ".az" (14633) domeninin payına düşür. Həmçinin 658 ədəd ".com.az" domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı kimidir:


1. .pro.az 4

2. .name.az 6

3. .biz.az 14

4. .info.az 24

5. .co.az 38

6. .pp.az 42

7. .int.az 44

8. .net.az 55

9. .org.az 87

10. .edu.az 153


".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

EMİL




26/11/12    Çap et