Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sabah Kazanda nanotexnologiyalara həsr edilmiş sərgi işə başlayacaq


27 noyabr tarixində Kazan şəhərində Tatarıstan Respublikasının Sənaye və Ticarət Nazirliyi, Kazan şəhər meriyası və "Kazanskaya yarmarka" ASC-nin təşkilatçılığı ilə işə başlayan "Nanotexnoloqii. Kazan-2012" 4-cü beynəlxalq ixtisaslaşdırılmış sərgi noyabrın 29-da başa çatacaq.

Sərgidə nanomateriallar və nanotexnologiyalar, nanomaterialların istehsalı üçün texnologiyalar və avadanlıq,  bu sahədə olan xidmətlər, nanomateriallardan istifadə etməklə sənayenin müxtəlif sahələrində nanotexnologiyaların tətbiqi məsələləri, o cümlədən nanomühəndislik və nanoelektronika, nanomateriallar əsasında modullar və orijinal komponentlər diqqətə çatdırılacaq.

Sərginin əsas hədəfləri nanotexnologiyalar və nanomateriallar sahəsində müəssisələrin və elmi kollektivlərin nailiyyətlərinin nümayişi, onların beynəlxalq bazara çıxışı, elm, texnika və istehsalın müxtəlif sahələrində  sözügedən texnologiyaların tətbiqi və sahə üzrə regional proqramların reallaşdırılmasını əhatə edir.

 
CAHANGİR





26/11/12    Çap et