Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DQMK tətbiqi proqram təminatlarının satınalınması üzrə kotirovka sorğusu keçirir


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya  cari il, 27 noyabr tarixindən tətbiqi proqram təminatlarının satınalınması üzrə kotirovka sorğusu elan edib. “ICTnews” elektron xəbər xidmətinin komissiyaya istinadən verdiyi məlumata görə, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 03 dekabr 2012-ci il tarixinədək qəbul olunur.

Tələb olunan sənədlərə nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş), kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə), həmçinin vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış və vergi uçotu haqqında arayış (əgər sadələşdirilmiş vergi ödəyicisidirsə) daxildir.



 
CAHANGİR





27/11/12    Çap et