Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gömrük nəzarətindən gizlədilmiş mobil telefonlar və aksesuarları aşkar edilib


Gürcüstandan Azərbaycana gizlədilmiş şəkildə keçirilməyə cəhd olunan mobil telefon və onların aksesuarları aşkar edilərək götürülüb.

“ICTnews” elektron xidmətinin Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşı Maqamedali Nəsibovun idarə etdiyi “Mercedes Benz Sprinter 416 CDİ” markalı sərnişin mikroavtobusuna gömrük nəzarəti zamanı həmin avtobusun salonunda, gömrük nəzarətindən gizlədilmiş şəkildə “Nokia” və “Samsung” markalı cəmi 95 ədəd mobil telefon (müxtəlif modelli) və müxtəlif mobil telefonlara aid aksesuarlar - 95 ədəd karton qutu, 92 ədəd akkumulyator, 92 ədəd qidalandırma cihazı və 63 ədəd “qulaqcıq” aşkar edilərək saxlanılıb.




CAHANGİR





27/11/12    Çap et