Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni doğulmuş qıza Xeşteq adı verilib


Amerikalı cütlük yeni doğulmuş qızını sosial şəbəkələrdəki məşhur funksiyalardan birinin şərəfinə Xeşteq adlandırıblar. Xeşteq Ceymson ötən bazar günü dünyaya gəlib və valideynlərin ad seçimi naməlumdur.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, müvafiq postları tapmaqda yardımçı olan xeşteqlərin populyarlığı “Twitter” mikrobloqlar xidmətinin inkişafı nəticəsində artmağa başlayıb.

Hazırda xeşteq funksiyası “Facebook”, ”Google+”, “Instagram”, “Pinterest” kimi sosial şəbəkələrdə də istifadə olunur.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Belə ki, 2011-ci ilin fevralında misirli Camal İbrahim qızını yanvarın 25-də ölkədə başlamış inqilabın (inqilab təşkilatçıları “Facebook” şəbəkəsindən istifadə edirdilər) şərəfinə Feysbuk adlandırmışdı. İsrailli cütlük isə qızına Layk adı verib.
 
EMİL





28/11/12    Çap et