Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” smartfonlar reklamdan qurtulacaq


Brauzerdə reklamı blok edən ən populyar genişlənmələrdən biri olan “Adblock Plus”-un yaradıcıları proqramın “Android” üçün versiyasını istifadəyə veriblər. Artıq “Android” istifadəçiləri zəhlətökən bannerlərdən birdəfəlik qurtulacaqlar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Google Play” onlayn mağazasında yerləşdirilmiş tətbiqlərin əksəriyyəti pulsuzdur, lakin əvəzində onlarda reklam bannerləri nümayiş olunur. İstifadəçilər reklamdan qurtulmaq üçün çox vaxt tətbiqin pullu versiyasını satın almağa üstünlük verirlər. Lakin artıq onlar “Google Play” onlayn mağazasından “Adblock Plus” tətbiqini yükləməklə xeyli pula qənaət edə bilərlər.

Qeyd etmək lazımdır ki, tətbiqin çatışmazlıqları da var: o, daim trafikdən istifadə edir və internetsiz işləyə bilmir. Bundan başqa, “Android 3.1” platforması ilə işləyən qurğular reklamı internetə yalnız “Wi-Fi” vasitəsilə qoşulduqda blok edə biləcək. “Android” platformasının daha erkən versiyalarında reklamı təmizləmək üçün  “Adblock”u tənzimləmək lazım gələcək.
 
EMİL





29/11/12    Çap et