Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MAQATE”: Hakerlər məxfi məlumatları ələ keçirə bilməyiblər


BMT-nin Atom Enerjisi üzrə Agentliyinin direktoru Yukiya Amano bildirib ki, bu günlərdə edilmiş haker hücumu nəticəsində kibercinayətkarlar hər hansı məxfi məlumat ələ keçirməyə müvəffəq olmayıblar. Eyni zamanda, o, hakerlərin “MAQATE”-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin serverlərindən birini “sındırdığını” təsdiqləyib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, haker hücumu naməlum haker qrupu tərəfindən həyata keçirilib. Ötən həftənin bazar günü haker qrupu “Pastebin” saytında Atom Enerjisi üzrə ekspertlərin elektron poçt ünvanlarını dərc edib, həmçinin agentliyi İsrailin nüvə proqramını araşdırmağa çağırıb.





 
EMİL





30/11/12    Çap et