Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qusar TKQ genişzolaqlı internet abunəçilərinin sayına görə öndədir


Yaxın günlərdə Qusar rayonunun  Gündüzqala kəndində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan 128 nömrə tutumlu DS 200 tipli elektron ATS istismara veriləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov məlumat verib. Onun sözlərinə görə, əvvəllər kənddə ATS olmayıb, yeni EATS 112 nömrə tutumludur.

Yeniliyin tətbiqindən sonra  bütün kənd sakinlərinin evlərinin telefonlaşdırılması mümkün olacaq. Son statistik hesablamalara görə, “Aztelekom” İB-nin dəstəyi sayəsində Qusar rayonunda rabitə sahəsi sürətlə inkişaf edir.

Qusar TKQ genişzolaqlı internet istifadəçilərinin sayına görə respublikada ilk 5 qovşaq sırasındadır. Hal-hazırda rayonda 2 şəhər EATS, 27 kənd EATS, 9 mini-EATS və 35 peyk rabitəsi istismardadır. Rayon üzrə 9964 nömrə montaj tutumu mövcuddur, bundan 8343 nömrə istifadə olunur. İlin əvvəlindən əsas telefon aparatlarının sayı 8459, genişzolaqlı internet istifadəçiləri 2200 olub. Bunlardan 1212 abunəçi “aztelekom.net” provayderinə, 988 abunəçi isə digər provayderlərə qoşulub.

RƏVAN





30/11/12    Çap et