Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc mühəndislərə informasiya texnologiyaları mövzusunda seminar keçiriləcək


Türkiyənin informasiya texnologiyaları sektorunda aparıcı şirkətlərdən biri olan "Netaş" şirkəti gələcəyin ekspertləri və mühəndisləri üçün Qafqaz Universitetində seminar təşkil edir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, bu gün universitetdə - "Əsas bina – 210"-da baş tutacaq seminar kommunikasiya texnologiyaları mövzularında informasiya vermək və "Netaş" şirkəti haqqında məlumat vermək məqsədilə təşkil edilir.

Seminarın proqramına "Netaş"ın fəaliyyət istiqamətləri ilə tanışlıq, işə qəbul və staj imkanları, həmçinin "Yeni meydana gələn texnologiyalar "Netaş"da" mövzuları daxildir.

HƏQİQƏT




03/12/12    Çap et