Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternet Explorer” brauzeri mövqeyini gücləndirir


“Net Applications” şirkəti fərdi kompüter (FK) və mobil qurğular üçün brauzer bazarı üzrə noyabr ayına olan statistikanı elan edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “İnternet Explorer” (IE) brauzeri 54,76 göstərici ilə FK seqmentində liderdir.

Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl onun payı 52,64 faizə bərabər idi. İkinci yerdə qərarlaşmış “Firefox” brauzeri 1 ay ərzində mövqeyini 0.45 faiz gücləndirib və onun bazar payı hazırda 20,44 faizə bərabərdir. 2011-ci ilin noyabrında onun bazar payı 22,14 faiz təşkil etmişdi. 17,24 göstəriciyə malik “Chrome” brauzeri reytinqdə üçüncü yerdə qərarlaşıb.

“Google”-un brauzerinin payı azalmağa doğru gedir. 2011-ci ilin noyabrında onun bazar payı 18,18 faizə bərabər idi. Brauzerlərin mobil seqmentində ilk üçlükdə “Safari” (61,5%), “Android” platformasına quraşdırılmış brauzer (26,09%) və “Opera Mini” (7,02%) yer alıb.

EMİL




04/12/12    Çap et