Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” mobil messencerini istifadəyə verəcək


"Facebook" sosial şəbəkəsinin yeni həlli "SMS" mesajların ömrünü daha da qısaldacaq. İstifadəçilər hələ ki yalnız "Android" platforması üçün əlçatan olan yeni "Facebook Messenger app" messenceri vasitəsilə bir-biri ilə əlaqə saxlaya, kontaktları sinxronlaşdıra bilərlər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Facebook"dan verilmiş məlumata görə, yeni messencerdə qeydiyyatdan keçmiş istifadəçilər yalnız kontakt və mesajlarla deyil, həm də foto və səs qeydləri ilə paylaşa bilərlər.

İstifadəçi "Messenger App" messencerində mesaj qəbul etmək üçün ya bu sistemdə, ya da "Facebook"da qeydiyyatdan keçməlidirlər.

EMİL




05/12/12    Çap et