Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” tok-şou formatında videokonfranslar keçirəcək


"Yahoo!" internet şirkəti smartfonlar və planşet kompüterləri üçün daha rəqabətə davamlı məhsul yaratmaq üçün baş direktor Marissa Mayerin təşəbbüsü çərçivəsində daha bir startap satın alıb. Şirkət bu gün "OnTheAir" startapını satın aldığını elan edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sazişin şərtləri barədə məlumat açıqlanmayıb. İstifadəçilər satın alınmış şirkətin xidmətindən yararlanaraq tok-şou formatında videokonfranslar keçirə bilərlər.

Qeyd edək ki, "OnTheAir" startapı əvvəllər "Google"-da işləmiş Deniel Hopkins tərəfindən yaradılıb.

EMİL




05/12/12    Çap et