Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” şirkətinin sabiq rəhbəri “Samsung”da işləyəcək


“DigiTimes” nəşrinin məlumatına əsasən, mart ayının 31-də “Acer” şirkətinin rəhbəri postundan gedən Canfranko Lyançi növbəti ay “Samsung” şirkətində işləməyə başlayacaq. Tayvan korporasiyasının keçmiş icraçı direktoru koreyalılara noutbuk istehsalını artırmağa kömək edəcək. “Samsung” şirkəti bununla bağlı Avropa bazarına xüsusi ümid bağlayır.
İddia edilib ki, Canfranko Lyançi xidmətlərindən yalnız “Samsung” deyil, həm də “Dell” şirkəti istifadə etmək istəyib. “Acer” şirkətinin sabiq rəhbərinin “Samsung”a keçidi hal-hazırda Avropaya noutbukların ən böyük tədarükçüsü olan “ASUS” və “HP” şirkətlərini narahat edib. “Acer”də “DigiTimes” nəşrinin məlumatını şərh etməyiblər. Canfranko Lyançi şirkətdən gedərkən imzaladığı razılaşmaya əsasən o, 1 il ərzində rəqabət aparan şirkətlərdə işləməməyi öhdəsinə götürüb. Bununla belə, bu tip məsələlər danışıqlar yolu ilə yeni icarədar ilə həll edilə bilər.


www.onliner.by




26/07/11    Çap et