Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Twitter" qısa istinadların uzunluğunu artıracaq


"Twitter" mikrobloqlar xidməti 2013-cü ilin fevralından etibarən "t.co" daxili xidməti vasitəsilə qısaldılmış istinadların uzunluğunu artıracaq.

Bu barədə "Twitter"in tərtibatçılar bloqunda məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, növbəti il fevralın 20-dən etibarən tvitlərdə dərc edilən istinadların uzunluğu 20 simvol deyil, 22 simvola bərabər olacaq. Bu isə o deməkdir ki, mətn dərc etmək üçün 120 simvol əvəzinə 118 simvoldan istifadə etmək mümkün olacaq.

EMİL




08/12/12    Çap et