Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da “Ən son Tag” yarışması keçiriləcək


"Facebook" sosial şəbəkəsində dekabrın 15-dən etibarən "Ən son Tag" yarışması başlayacaq. Azərbaycanın İlk Gənclər Klubu ("IB Club") tərəfindən keçirilən yarışmanın şərtlərinə görə, iştirakçı olmaq üçün istifadəçilərin şəxsi "Facebook" profilində paylaşdığı status, şəkil və s. kimi istənilən paylaşımda "IB Club" səhifəsini işarələməsi (tag etməyi) kifayətdir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, işarələnən paylaşımdan 1 saat müddətində heç kəs "IB Club" səhifəsini tag etməsə, sonuncu istifadəçi qalib gələcək və qalibə 16 meqapikselli "Canon Photo" kamerası hədiyyə olunacaq.

HƏQİQƏT




10/12/12    Çap et