Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Geyimlər öz rəngini və formasını dəyişdirə biləcək (VİDEO)


 "Lacoste" markasının düşündüyü geyim istifadəçinin istəyindən asılı olaraq öz rəngini və stilini dəyişəcək. Polo köynəyinin 80 illiyi münasibətilə şirkət "Mnstr" reklam agentliyi ilə birgə gələcəyin dəbinə həsr edilmiş videoçarx təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Fransanın "Lacoste" markası təqdim etdiyi qısamüddətli klipdə müasir texnologiyaların imkanlarını göstərib. Videoda gənc dəbpərəstlərin barmaq toxunuşu ilə geyimin formasını, rəngini və ölçüsünü dəyişdiyi əks olunur.

EMİL




13/12/12    Çap et