Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomobil istehsalçıları yeni texnologiyalarla bağlı məlumat mübadiləsi həyata keçirəcəklər


14-16 mart 2013-cü il tarixlərində Pakistanın Karaçi şəhərində 9-cu “Avtonəqliyyat Asiya-2013” adlı Beynəlxalq Sərgi keçiriləcək.

Pakistanın “Ecommerce Gateway Pakistan Ltd” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə bütün dünyada avtomobil sənayesində fəaliyyət göstərən istehsalçılar bir araya toplaşaraq, istehsal etdikləri məhsullar və yeni texnologiyalar ilə bağlı məlumat mübadiləsini həyata keçirə biləcəklər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Fonddan bildirilib ki, tədbirlə bağlı əlavə məlumat üçün vitse-prezident, layihənin direktoru c-b M. Umair Nizam ilə (tel: +9221 111 222 444, mob: 92333 3058628, faks: +9221 3453 6330, e-poçt: info@autoasia.com.pk) əlaqə saxlamaq mümkündür.

Bundan başqa, ətraflı məlumat (e-broşür, bülleten və s.) “www.autoasia.com” saytında yerləşdirilib.

HƏQİQƏT





13/12/12    Çap et