Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük sosial şəbəkəsində boşluq aşkar edilib


Dünyanın ən böyük sosial şəbəkəsində boşluq aşkar edilib. Bu boşluq istifadəçilərə öz dostlarının bütün videoçarxlarının ad, təsvir və eskizlərinə, hətta əgər onlar məxfilik sazlamaları ilə gizlədilibsə belə baxmağa icazə verib. Bununla belə, videoçarxlara baxmaq olmayıb. Miniatürə çıqqıltıdan sonra sosial şəbəkə aşağıdakı mesajı göstərib : "Bu video ya “Facebook”dan silinib, ya da məxfilik sazlamalarına görə baxmaq olmaz".
Həmçinin qeyd edilib ki, şəxsi videoçarxlar haqqında məlumatlar yalnız dostlara görünüb. Şəxsi informasiya bir həftədən bir qədər çox müddət ərzində açıq olub. Hal-hazırda təhlükəsizlik sistemində bu səhv düzəldilib. Bu haqda “TechCrunch” məlumat verib.


hitech.newsru.com




26/07/11    Çap et