Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı ölkənin sakinləri internet vasitəsilə daha çox alış-veriş edir?


Böyük Britaniya sakinləri internet üzərindən daha çox alış-veriş həyata keçirirlər. Bu barədə yerli “Ofcom” tənzimləyicisinin saytında məlumat verilib. Bu qurum internet bazar seqmenti daha çox inkişaf etmiş 17 ölkəni araşdırıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tənzimləyicinin hesablamasına əsasən, böyük britaniyalı alıcılar internet üzərindən alış-verişlərə il ərzində orta hesabla 1083 funt (1743 dollar) xərcləyirlər.

Reytinqdə ikinci yerdə Avstraliya qərarlaşıb: onun sakinləri isə internet üzərindən alış-verişlərə il ərzində orta hesabla 842 funt xərcləyirlər.

“Ofcom”un məlumatına əsasən, Böyük Britaniyada internet üzərindən həyata keçirilən alış-verişlərin artması mobil telefon və komponentlərə olan yüksək tələbatla bağlıdır.

EMİL




14/12/12    Çap et