Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” şirkətinin “Bakcell City” adlanan yeni diler mağazası açılıb


Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti diler şəbəkəsini genişləndirməkdə davam edir. "Bakcell" şirkətinin yeni dileri "Bakcell City" Əhmədli Xidmət Mərkəzinin birinci mərtəbəsində yerləşir və "Cin", "Klass" və "Gold" abonentləri üçün tam çeşiddə məhsul və xidmətləri təklif etməkdədir.

Alıcılar üçün geniş çeşiddə ən son model telefonlar, GPS naviqatorlar, kompüterlər, netbuk və aksesuarlar təklif olunur. Mağazanın açılışına həsr olunmuş xüsusi kampaniya çərçivəsində kompüter əldə edən hər alıcıya "Bakcell"dən xüsusi hədiyyə təqdim olunacaq. Bundan əlavə, yuxarıda göstərilən bütün məhsullar faizsiz kreditlə əldə edilə bilər.

Diler həmçinin mağazaya gəlmək üçün vaxt tapa bilməyən müştərilərə onlayn satış imkanını təklif edir. Müştərilərə onlayn alış-veriş imkanını yaradan ilk dilerin "www.bakcellcity.com" internet səhifəsində, mağazada təklif olunan məhsulların tam çeşidi təqdim edilir.

Bu gözəl fürsəti siz də qaçırmayın! "Bakcell"in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.

RƏVAN




14/12/12    Çap et