Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net 2012” qaliblərinin təqdimat mərasimi internet vasitəsilə canlı yayımlana bilər


"Milli Net 2012" müsabiqəsi qaliblərinin təqdimat mərasiminin internet vasitəsilə canlı yayımı nəzərdə tutulub. "ICTnews" elektron xəbər xidməti "Milli Net" Təşkilat Komitəsinə istinadən bildirir ki, təqdimat mərasimi 19 dekabr tarixdə saat 18:00-da "Hilton" otelində keçiriləcək.

Nominantlar təqdimat mərasiminə dəvətlidirlər. Dəvətnamələri "Milli Net" TK ofisindən əldə etmək olar. Xatırladaq ki, müsabiqənin baş sponsoru "Azercell" şirkətidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Delta Telecom" və "SAZZ" şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

CAHANGİR




14/12/12    Çap et