Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook" "Android" üçün tətbiqini sürətləndirib


"Facebook" sosial şəbəkəsi "Android" mobil əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqinin yeni versiyasını istifadəyə verib. Tətbiq fotolara və "Xronika"ya baxış zamanı 2 dəfə daha sürətli işləyir. Bu barədə şirkətin bloqunda qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, tətbiqin yeni versiyasını "Google Play" onlayn mağazasından yükləmək olar. Sosial şəbəkə cari ilin avqustunda "iPhone" və "iPad" qurğuları üçün tətbiqini yeniləmişdi. Tətbiq xarici görünüşünə görə əvvəlki versiyalardan fərqlənmir, lakin 2 dəfə daha sürətli işləyir.

EMİL




15/12/12    Çap et