Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Connect”in “İnternet + TV” Xidmətlər paketində yeni qiymətlər


"Connect" TV və ADSL internet xidmətləri provayderi "İnternet + TV" Xidmətlər paketinə güzəşt tətbiq edib. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, internet və TV xidmətlərini birlikdə alan abunəçiyə TV xidmətinin aylıq abunə haqqına 50% güzəşt olunur.

Belə ki, "İnternet + TV" paketində TV xidmətinin aylıq abunə haqqı 75, 118 və 159 telekanal üçün müvafiq olaraq 4, 9 və 13 AZN təşkil edir.

CAHANGİR




17/12/12    Çap et