Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın elektron dini xəritəsi hazırlanıb


Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytı yenilənir. Bu barədə "ICTnews.az"-a qurumun mətbuat xidmətinin rəhbəri Orxan Əli məlumat verib. Onun sözlərinə görə, saytda bir çox yeniliklər, o cümlədən Azərbaycanın yeni elektron dini xəritəsi də özünə yer tapacaq.

Dini xəritədə ölkə ərazisində yerləşən ibadət yerləri, dini tarixi abidələr və bu qəbildən olan digər mühüm obyektlər əks olunub". Azərbaycanda dini xəritə ilk dəfə hazırlanıb. Həmin xəritədə ibadət yerlərinin mövcud olduğu rayonların adları qeyd edilib, onların fotoları əksini tapıb".

Orxan Əli qeyd edib ki, Azərbaycanın dini xəritəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yenilənən saytında tanış olmaq mümkündür.

RƏVAN




18/12/12    Çap et