Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in aktiv istifadəçilərinin sayı 200 milyonu ötüb


"Twitter" mikrobloqlar xidmətinin məlumatına əsasən, aktiv aylıq istifadəçilərinin sayı 200 milyonu ötüb. "Siz planetin vuran nəbzisiniz, dəstəyinizə görə sizlərə minnətdarlığımızı bildiririk" – "Twitter"in bəyanatında istifadəçilərin ünvanına qarşı belə qeyd edilib.

Xatırladaq ki, 2011-ci ilin sentyabrında "Twitter" aktiv istifadəçilərinin sayının 100 milyonu, 2012-ci ilin yazında isə 140 milyonu ötməsi haqqında bildirmişdi. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda bu şəbəkənin istifadəçiləri 2.5 gün ərzində 1 milyard mesaj dərc edirlər. 

EMİL




19/12/12    Çap et