Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət sərhədindən keçən şəxslər barədə məlumatların elektron bazasının imkanları genişləndirilib


Azərbaycanda dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub.

Dövlət sərhədindən keçən şəxslər barədə məlumatların İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntü imkanlarının genişləndirilməsi də bu qəbildəndir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir. Bununla yanaşı, bütün sərhəd-keçid məntəqələrində dövlət sərhədindən keçən şəxslər barədə məlumatlar mərkəzləşdirilib.

CAHANGİR




19/12/12    Çap et