Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Dövlət Universitetində elektronika sərgisi təşkil olunub


Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində birinci tələbə elektronika sərgisi keçirilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sərgidə informasiya-kommunikasiya texnologiyalarından bəhs edən elektron dərs, NDU-nun elektron emblemi, elektron zəng, addım kommuntator, alqoritmin iş prinsipini əks etdirən və kompüterlə idarə olunan sistem, su buxarı ilə hərəkət edən gəmi maketi, sənayedə tətbiqi nəzərdə tutulan avtomatlaşdırılmış nəqliyyat sistemi və digər nümunələr nümayiş etdirilib. 

Yekunda universitetin rektoru, akademik İsa Həbibbəyli sərgidəki əl işlərindən elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyətlilərinin səmərələşdirici ixtira kimi patentləşdirilməsi təklifi ilə çıxış edib, tələbələr və onlara rəhbərlik edən müəllimlər mükafatlandırılıb.

CAHANGİR




20/12/12    Çap et