Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kinosevərlər üçün onlayn viktorina başlayır


Virtual intellektual klub “ZQUIZ.net” kinosevərlər üçün “Film, film, film” adlı növbəti turnirə - onlayn viktorinaya başlayır. Layihənin baş tərəfdaşı qismində isə “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evi çıxış edir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə “Xəzər” İnteqrasiya İşgüzar Klubundan məlumat verilib. Klubdan qeyd edilib ki, layihə açıq, virtual intellektual klub – “ZQUIZ.net” çərçivəsində reallaşır. Layihənin əsas məqsədi iştirakçıların düşünmə qabiliyyətini genişləndirmək, erudisiyasını, intellektini gücləndirmək, onları daha çox axtarışlara sövq etməkdir.

Kluba üzv olan hər bir iştirakçı saytda keçirilən oyunlarda iştirak etmək hüququna malikdir. Qeydiyyatdan keçmə və turnirlərdə iştirak etmək pulsuzdur.

Qeydiyyatdan keçmiş iştirakçılardan minimal vaxt ərzində suallara cavab verməklə, maksimum bal toplamaq tələb olunur. Müsabiqənin nəticələri 1 yanvar 2013-cü ilə qədər “ZQUIZ.net” və onun “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdiriləcək.

Qaliblər qiymətli hədiyyələr qazanacaqlar. “Film, film, film” onlayn viktorinasının mükafatlandırılma mərasimi “Xəzər” İnteqrasiya İşgüzar Klubunun növbəti ilin yanvarında keçiriləcək görüşlərinin birində baş tutacaq. 

HƏQİQƏT




21/12/12    Çap et