Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron məktəb” layihəsi çərçivəsində elektron jurnallara keçid üzrə hazırlıqlar başa çatmaq üzrədir


Paytaxtın ümumtəhsil müəssisələrində həyata keçirilən "Elektron məktəb" layihəsinin icrası davam etdirilir. Layihədə uğurla iştirak edən məktəblərdən artıq 8-də tam elektron təhsilə keçilib. Digər məktəblərin elektron jurnallara keçidi istiqamətində hazırlıqlar başa çatmaq üzrədir.

"ICTnews" elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, ümumilikdə müəllimlərin İKT üzrə savadlılığının yüksəlməsi tezliklə şəhərin bütün məktəblərində elektron məktəbə keçidin başa çatmasına imkan yaradacaq. Belə ki, "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən müsabiqədə paytaxtda fəaliyyət göstərən müəllimlər "Elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə uğurla iştirak edərək qalib yerlər tutublar:

"Bu da onu göstərir ki, son illər müəllimlərimizin İKT-dən istifadəyə marağı və o sahədəki peşəkarlığı artıb".

HƏQİQƏT




24/12/12    Çap et