Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxil olan trafikin orta sürəti 3,55 Mbit/s təşkil edir


“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 3,55 Mbit/saniyə təşkil edir. Bakı üzrə bu göstərici 3,67 Mbit/s, Sumqayıt üzrə isə 2,66 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2012-ci il noyabrın 23-dən dekabrın 22-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 311 833 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə 119-cu yerdə qərarlaşıb. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Honq Konq (42.20 Mbit/s), Yaponiya (38.16 Mbit/s) və Sinqapur (37.03 Mbit/s) qərarlaşıb. Azərbaycanda xaric olan trafikin orta sürəti 1.37 Mbit/saniyə təşkil edir.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 120-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,42 Mbit/s, Sumqayıt üzrə isə 0,61 Mbit/s təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (30.64 Mbit/s), Honqkonq (29.02 Mbit/s) və Cənubi Koreya (27.88 Mbit/s) qərarlaşıb.

Emil Hüseynov




24/12/12    Çap et