Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MHA üçün yeni İKT avadanlıqları alınıb


2012-ci ildə Azərbaycanın Müəllif Hüquqları Agentliyinin maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni İKT avadanlıqlarının alınması və daxili şəbəkənin gücləndirilməsi istiqamətlərində işlər davam etdirilib.

"ICTnews" elektron xəbər xidmətinə agentlikdən verilən məlumata görə, təşkilatın kompüter şəbəkəsinin işi təkmilləşdirilib, 2 ədəd server, 15 ədəd kompüter, 22 ədəd notebook, 12 ədəd printer, 1 ədəd smart-lövhə və s. avadanlıqlar alınıb.

Bununla yanaşı, "Əqli Mülkiyyət Mərkəzi"nin fəaliyyətinin qurulması və bazarda yayılması nəzərdə tutulan əqli mülkiyyət obyektlərinə yapışdırılması nəzərdə tutulan nəzarət holoqramlarının tətbiqi ilə bağlı müvafiq avadanlıqların alınması və quraşdırılması təmin edilib.

CAHANGİR




24/12/12    Çap et