Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeytsin varisi “Microsoft”u tərk edəcəyini elan edib


Bu günə qədər "Microsoft"un tədqiqat və strategiya direktoru vəzifəsində çalışan Kreyq Mandi 2014-cü ildə şirkəti tərk edəcək. Bu barədə "Microsoft"un baş direktoru Stiv Balmerin şirkətdaxili məktubuna istinadən "All Things Digital" bloqu bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Kreyq Mandi cari andan istefa olunana kimi baş direktorun məsləhətçisi vəzifəsində çalışacaq. Onun vəzifəsini isə "Microsoft"un texniki strategiya üzrə direktoru Erik Radder həyata keçirəcək.

"Microsoft"un saytında dərc edilmiş məlumata əsasən, Kreyq Mandi yeni vəzifəsində əsas uzunmüddətli layihələr üzərində aparılan işi davam etdirəcək və hakimiyyət və biznes nümayəndələri ilə strategiya, normativ və standartlar baxımından yaradılacaq qarşılıqlı əlaqələrdən cavabdehlik daşıyacaq.

Xatırladaq ki, Kreyq Mandi 2006-cı ildən etibarən "Microsoft"da tədqiqat və strategiya üzrə direktor vəzifəsində çalışır. Məhz 2006-cı ildə şirkətin həmtəsisçisi Bill Qeyts yeni iş rejiminə keçmək və korporasiyaya daha az vaxt ayırmaq haqqında qərar qəbul etmişdi. O zaman Qeytsin vəzifələri Mandi və Rey Ozzi arasında bölünmüşdü.

Mandi tədqiqat bölməsini idarə etmək və hakimiyyət orqanları ilə qarşılıqlı əlaqələr yaratmaq funksiyasını öz üzərinə götürdü, Ozzi isə proqram təminatı sahəsində strategiyadan cavabdehlik daşıyırdı. Ozzi 2010-cu ilin oktyabrında "Microsoft"u tərk etdi. "Microsoft" şirkətinə 1992-ci ildə qoşulmuş Kreyq Mandi onu tərk edəcək növbəti qocamandır.

Xatırladaq ki, bu yaxınlarda şirkəti "Windows and Windows Live" bölməsinin direktoru Stiven Sinofski tərk etmişdi.

Emil Hüseynov




25/12/12    Çap et