Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “micro-SİM” kartları üçün konnektoru patentləşdirir


"Apple" şirkəti "ağıllı" qurğular üçün "Micro-SİM" konnektoruna yeni konstruksiyasını patentləşdirir. Qeyd edək ki, şirkət bu patentə sahiblənmək üçün cari ilin aprelində ərizə vermişdi.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda bu patentin əldə edilməsi bir qədər əvvəl "SİM" kartlarla bağlı bir sıra konstruksiyalarına hüquqlarının pozulması haqqında iddia qaldırmış "Nokia" şirkətinə qarşı bir növ müdafiə tədbiridir.

Bundan başqa, şirkətlər cari ilin yayında "Micro-SİM" kartlarının xarici görünüşünün standartlaşdırılması hüququna sahiblənmək uğrunda yarışa çıxmışdılar. Bu mübarizədə, həmçinin "Apple" şirkəti qalib gəldi.




26/12/12    Çap et