Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları" təsdiq edildi


Azərbaycan Nazirlər Kabineti (NK) "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydaları"nı təsdiq edib.

"ICTnews" elektron xəbər xidməti NK-ya istinadən bildirir ki, qaydalarda mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan texniki vasitə və avadanlıqlar, aviasiya təhlükəsizliyinin təminatı sahəsində istifadə edilən xüsusi texniki vasitələrə dair tələblər müəyyən olunub.

Bundan başqa, texniki təhlükəsizliyə və sağlamlığın qorunmasına dair tələblər də sənəddə əksini tapıb.

Qaydalara əsasən aviasiya təhlükəsizliyinin təşkili zamanı rentgen qurğularından istifadə qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq edilməlidir.

SEYMUR




27/12/12    Çap et