Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“USB 3.0” standartı təkmilləşdiriləcək


"USB 3.0 Promoter Group" təşkilatı "CES 2013" sərgisi çərçivəsində "USB 3.0" standartını təkmilləşdirmək planlarından danışıb. Nəticədə, informasiyanın ötürülmə sürəti 10 Qbit/s təşkil edəcək.

Qeyd edək ki, hazırda "USB 3.0" interfeysi vasitəsilə informasiyanın maksimal ötürülmə surəti 5 Qbit/s təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "USB 3.0" standartının təkmilləşdirilmiş versiyası mövcud kabel və konnektorlarla, həmçinin proqram təminatı və protokollarla uyğunlaşacaq.

Emil Hüseynov




08/01/13    Çap et