Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows 8”-in 60 milyon lisenziyasını satıb


“Microsoft”un marketinq direktoru və eyni zamanda maliyyə direktoru Tami Reller “CES 2013” sərgisində bildirib ki, hazırda şirkət “Windows 8” əməliyyat sisteminə (ƏS) 60 milyon lisenziya sata bilib. Xatırladaq ki, “Microsoft” artıq 2012-ci il noyabrın sonunda “Windows 8” ƏS-nin satış həcmi haqqında məlumat vermişdi.

O zaman 1 ay ərzində 40 milyon lisenziya satılmışdı. “ICTnews.az” elektron xəbər xidməti “http://itc.ua” saytına istinadən bildirir ki, “Windows 8” ƏS-nə sonrakı tələbat həm bazar şəraitindən, həm də istehsalçıların yeni ƏS ilə əlaqəli maraqlı həllər çıxarmasından asılıdır.

Emil Hüseynov




09/01/13    Çap et