Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin əhalisinin 82 faizi mobil telefonlardan istifadə edir


Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, 2012-ci ilin noyabrında ölkə ərazisində 1.4 milyard mobil telefon istifadəçisi qeydə alınıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Çində "3G" mobil rabitəsi abunəçilərinin sayı 220 milyon insanı ötür.

Bu, ümumi telefon istifadəçilərinin təxminən 20 faizi deməkdir. Bu göstərici ölkə ərazisində "ağıllı" telefonların artması fonunda artacaq.

Emil Hüseynov




09/01/13    Çap et