Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa telekommunikasiya şirkətlərinin infrastrukturunu birləşdirmək niyyətindədir


Avropa Komissiyası vahid ümumavropa şəbəkəsi xidmətinin yaradılmasına görə ən böyük telekommunikasiya şirkətlərinin nümayəndələri ilə onların infrastrukturunun birləşdirilməsi imkanını müzakirə edib.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, bu gün köhnə dünya bazarı bir növ feodalizmi xatırladır: böyük sayda operatorlar, tariflərdə uyğunsuzluq və heç bir beynəlxalq tənzimləmə mövcud deyil.

Çin və ya ABŞ bazarlarında cəmisi bir neçə şirkət fəaliyyət göstərir. Nəticədə son istehlakçıya daha yüksək keyfiyyətli xidmət göstərilir. Avropanın problemi böyük sayda ayrı-ayrı milli bazarın mövcudluğu ilə bağlıdır və bununla heç nə etmək olmaz. Lakin Avropa Komissiyası hesab edir ki, əgər infrastruktur birləşdirilsə, göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşı ola bilər.

Emil Hüseynov




09/01/13    Çap et